13 C
Baku
Monday, May 20, 2024

İcra işlərinin hüquqi tənzimlənməsi şöbəsinə hüquqşünas (Expressbank)

TƏLƏBLƏR:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş stajı;
  • Microsoft Office proqramlarını bilmək;
  • Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
  • Azərbaycan dilini sərbəst bilmək.

İŞÇININ VƏZIFƏSI:

  • Qanuni qüvvəsini almış məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq;
  • İcra məmurları tərəfindən məhkəmə aktlarının icrası üzrə tədbirlərin müəyyən

edilmiş müddətlərdə həyata keçirilməsində iştirak etmək;

  • Verilmiş icra vərəqələri üzrə İcra məmurları tərəfindən icraata başlamaq haqqında

qərarların vaxtında qəbul edilməsinə və verilmiş könüllü icra müddətində borcun ödənilməsinə nəzarət etmək;

  • Qətnamə vaxtında icra edilmədikdə, təmin edilməmiş kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışında iştirka etmək;
  • Cavabdehin ümumi əmlak vəziyyətininin araşdırılması məqsədilə, aidiyyəti orqanlara sorğuların verilməsi icra şöbələrindən tələb etmək;
  • Məhkəmə aktları üzrə cavabdehlər tərəfindən aparılan ödənişlərin uçotunu aparmaq;
  • Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək;
  • Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək;
  • İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinlərinə sifarişlərin verilmək və onlar tərəfindən obyektiv qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək;
  • Banka ipoteka qoyulmuş və qətmanə ilə tutma yönəldilmiş ipoteka predmetlərinin məhkəmə tərəfindən müəyyən edilmiş və ya sonradan icra məmurunun sifarişi əsasında qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satılması üçün ixtisaslaşdırlmış hərrac mərkəzləri tərəfindən açıq hərraca çıxarılması və satılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Açıq hərracdan satılmayan və tələbkar kimi Banka təklif olunan ipoteka predmetlərinin Bankı qane edən şərtlərlə hərracdan alınması və Bankın mülkiyyətinə götürülməsi üçün bütün zəruri tədbirləri görmək;
  • Açıq hərracdan alınaraq Bankın mülkiyyətinə götürülmüş ipoteka predmetlərinin, icra tədbirləri nəticəsində aşkar edilmiş cavabdehlərə məxsus əmlak və əşyaların qiymətləndirilməsini təşkil edilməsi, onların satılmasında iştirak etmək və əldə edilmiş vəsaitin qətnamələrin icrasına yönəldilməsi işlərində yaxından iştirak etmək;
  • Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edeilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək;
  • İcra edilmiş məhkəmə aktları üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədləri hazırlamaq və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.   

[email protected]

Son xəbərlər
 ⁠
Digər xəbərlər