TƏLƏBLƏR:
- Hüquqşünaslıq ixtisası üzrә ali tәhsil;
- Müvafiq sahәdә әn azı 1 il iş stajı;
- Microsoft Office proqramlarını bilmәk;
- Ciddi, mәsuliyyәtli, perspektivli, sәliqәli olmalı;
- Azәrbaycan dilini sәrbәst bilmәk.
İŞÇININ VƏZIFƏSI:
- Qanuni qüvvәsini almış mәhkәmә aktlarının (qәtnamә, әmr vә s.) uçotunu aparmaq;
- İcra mәmurları tәrәfindәn mәhkәmә aktlarının icrası üzrә tәdbirlәrin müәyyәn edilmiş müddәtlәrdә hәyata keçirilmәsindә iştirak etmәk;
- Verilmiş icra vәrәqәlәri üzrә İcra mәmurları tәrәfindәn icraata başlamaq haqqında qәrarların vaxtında qәbul edilmәsinә vә verilmiş könüllü icra müddәtindә borcun ödәnilmәsinә nәzarәt etmәk;
- Qәtnamә vaxtında icra edilmәdikdә, tәmin edilmәmiş kreditlәr üzrә borcalanların, onların zaminlәrinin vә әmlaklarının axtarışında iştirka etmәk;
- Cavabdehin ümumi әmlak vәziyyәtininin araşdırılması mәqsәdilә, aidiyyәti orqanlara sorğuların verilmәsi icra şöbәlәrindәn tәlәb etmәk;
- Mәhkәmә aktları üzrә cavabdehlәr tәrәfindәn aparılan ödәnişlәrin uçotunu aparmaq;
- Aşkar edilmiş әmlaklara tutmanın yönәldilmәsi mәqsәdilә zәruri sәnәdlәri hazırlamaq vә icra mәmuruna tәqdim etmәk;
- Aşkar edilmiş әmlakın İcra mәmuru tәrәfindәn götürülmәsi, onun satılması vә әldә olunmuş vәsaitin Banka köçürülmәsindә iştirak etmәk;
- İpoteka predmetlәrinin (dövlәt qeydiyyatı aparılan daşınar vә daşınmaz әmlakın) qiymәtlәndirilmәsi üçün qiymәtlәndirmә şirkәtinlәrinә sifarişlәrin verilmәk vә onlar tәrәfindәn obyektiv qiymәtlәndirilmәsi işlәrinin hәyata keçirilmәsindә iştirak etmәk;
- Banka ipoteka qoyulmuş vә qәtmanә ilә tutma yönәldilmiş ipoteka predmetlәrinin mәhkәmә tәrәfindәn müәyyәn edilmiş vә ya sonradan icra mәmurunun sifarişi әsasında qiymәtlәndirici şirkәt tәrәfindәn müәyyәn edilmiş qiymәtlәrlә satılması üçün ixtisaslaşdırlmış hәrrac mәrkәzlәri tәrәfindәn açıq hәrraca çıxarılması vә satılması üzrә tәdbirlәrin hәyata keçirilmәsindә iştirak etmәk;
- Açıq hәrracdan satılmayan vә tәlәbkar kimi Banka tәklif olunan ipoteka predmetlәrinin Bankı qane edәn şәrtlәrlә hәrracdan alınması vә Bankın mülkiyyәtinә götürülmәsi üçün bütün zәruri tәdbirlәri görmәk;
- Açıq hәrracdan alınaraq Bankın mülkiyyәtinә götürülmüş ipoteka predmetlәrinin, icra tәdbirlәri nәticәsindә aşkar edilmiş cavabdehlәrә mәxsus әmlak vә әşyaların qiymәtlәndirilmәsini tәşkil edilmәsi, onların satılmasında iştirak etmәk vә әldә edilmiş vәsaitin qәtnamәlәrin icrasına yönәldilmәsi işlәrindә yaxından iştirak etmәk;
- Tәminatsız kredit borcları ilә әlaqәdar çıxarılmış mәhkәmә qәtnamәlәrinә әsasәn borcalan vә zaminlәrin iş yerlәrinin müәyyәn edeilmәsi vә borcun әmәk haqqına yönәldilmәsi üçün bütün zәruri tәdbirlәri hәyata keçirmәk;
- İcra edilmiş mәhkәmә aktları üzrә icraata xitam verilmәsi, ipoteka predmetlәrinin yüklülükdәn azad edilmәsi üçün zәruri sәnәdlәri hazırlamaq vә aidiyyәti üzrә göndәrilmәsini hәyata keçirmәk;
E-mail:[email protected]