İcra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Ədliyyə Nazirliyində icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək.
Eyni zamanda, NK ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.