İcra Mütəxəssisi-Bakı – “KredAqro” BOKT MMC

0
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən ofisi üçün “İcra Mütəxəssisi (Bakı)” vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi .
Tələb olunan keyfiyyətlər:
  • Ali təhsil;
  • Hüquqi təhsil və Məhkəmə / İcra sistemindən iş təcrübəsi / məlumatı olanlara üstünlük veriləcək;
  • Bank və yaxud qeyri bank sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
  • Problemli kreditlərlə iş bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Kredit mütəxəssisi kimi işləmiş şəxslərə üstünlük veriləcək;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (İcra Mütəxəssisi-Bakı ) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.