15 C
Baku
Saturday, April 27, 2024

İcra Mütəxəssisi-Bakı – “KredAqro” BOKT MMC

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən ofisi üçün “İcra Mütəxəssisi (Bakı)” vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi .
Tələb olunan keyfiyyətlər:
  • Ali təhsil;
  • Hüquqi təhsil və Məhkəmə / İcra sistemindən iş təcrübəsi / məlumatı olanlara üstünlük veriləcək;
  • Bank və yaxud qeyri bank sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
  • Problemli kreditlərlə iş bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Kredit mütəxəssisi kimi işləmiş şəxslərə üstünlük veriləcək;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (İcra Mütəxəssisi-Bakı ) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər