“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən ofisi üçün İCRA MÜTƏXƏSSİSİ vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
- İş yeri: Bakı şəhəri;
- Ali təhsil;
- Hüquqi təhsil və Məhkəmə / İcra sistemindən iş təcrübəsi / məlumatı olanlara üstünlük veriləcək;
- Bank və yaxud qeyri bank sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
- Problemli kreditlərlə iş bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Kredit mütəxəssisi kimi işləmiş şəxslərə üstünlük veriləcək;
- Etibarlı sürücülük vəsiqəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (İcra Mütəxəssisi-Bakı) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.