Azərbaycanda əmək qanunvericiliyini pozmağa görə inzibati cərimədən, cərimələyən icra orqanın işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülməsi faizi azaldılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin bu gün təsdiqlədiyi qanunda deyilib.
Bu günə qədər icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülürdü. Yeni qanuna əsasən isə yalnız 18 faizi yönəldiləcək.
Qeyd edək ki, bu səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin səlahiyyətiləri çərçivəsindədir.