10 C
Baku
Thursday, December 12, 2024

İcra orqanları üzrə iş şöbəsi – Hüquqşünas – DəmirBank ASC

“DəmirBank” ASC Məhkəmə və İcra Orqanları ilə İş Departamentinin İcra orqanları ilə iş şöbəsi üçün “Hüquqşünas” vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İcra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericiliklə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək;
• İcra məmurlarının qanuni göstərişlərini yerinə yetirməkdən boyun qaçıran borclular özlərinin və ya əmlaklarının axtarışında və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak etmək;
• Borcluların adına aşkar olunmuş, tələbin yönəldilə biləcəyi əmlaklara (daşınar, daşınmaz) vaxtnda tələbin yönəldilməsini tələb etmək, əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət etmək;
• Axtarış və ya məcburi gətirmə barədə qərarın icrasını aidiyyatı orqanlardan tələb etmək, bu növ qərarlar vasitəsilə icra şöbəsinə gətirilmiş borclular barəsində inzibati protokolla məhkəməyə müraciət olunmasını icra məmurundan tələb etmək;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə saxlamaq, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb etmək;
• İcra şöbəsinin icraatında olan icra işlərinin icrası zərurəti ilə əlaqdar verilmiş sorğuları vaxtında cavablandırmaq;
• İpoteka, girov və ya üzərinə həbs qoyulmuş daşınar əmlakların bankın saxlancına yerləşdirilməsi məqsədilə qəbul etmək və ünvanına çatdırmaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 dekabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İcra orqanları üzrə iş şöbəsi – Hüquqşünas şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər