8 C
Baku
Thursday, December 12, 2024

İcraçı direktor: Azərbaycanda fintex sənayesini inkişaf etdirəcəyik

Qlobal fintex bazarının həcmi ötən il 300 milyard dollara yaxın olub. Cari ildə bu rəqəm 340 milyard dolları ötəcək.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Fintex Sammit – 2024” tədbirində deyib.

“Milyard dolları aşan fintexlər əsasən ABŞ, Britaniya, Hindistan və Çindədir. 2024-2028-ci illərdə fintex strategiyası ilə bağlı məsələlər müzakirə olunmaqdadır. Strategiya qəbul olunanda biz hədəfləri müəyyənləşdiririk. İnanıram ki, Azərbaycanda çox uğurlu şəkildə fintex sənayesini inkişaf etdirəcəyik. Bunun üçün ölkəmizdə bütün lazımi şərait yaradılıb”, – deyə V.Qasımlı qeyd edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər