12 C
Baku
Wednesday, December 11, 2024

İcraçı direktor İbrahim Alışov gözlənilmədən bank filiallarında olub

Bu gündən başlayaraq, Kapital Bank-ın filiallarında “Dəmir Bank”da qorunan əmanətlərə kompensasiyaların verilməsinə başlanılıb. Lisenziyası ləğv edilmiş bir bankdakı qorunan əmanətlərin qaytarılması həssas bir məsələdir və ictimaiyyətin diqqətindədir.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının İcraçı direktoru İbrahim Alışov gözlənilmədən Kapital Bank-ın filiallarına baş çəkib.

“Marja” portalı bildirir ki, Bu addım barədə öncədən MBNP-nin, Əmanətlərin Sığortalanması Fondunun və Kapital Bankın əməkdaşlarının məlumatı olmayıb.

Mənbənin verdiyi məlumata görə, bu gün İbrahim Alışov kompensasiyaların qaytarıdığı Kapital Bankın 3 filialında olub. Gözlənilmədən filiallara daxil olan Palatanın icraçı direktoru, kompensasiyaların geri qaytarılması prosesinin gedişatını izləyib, görülən işləri yoxlayıb, tapşırıq və tövsiyyələrini verib.

Məlumatı dəqiqləşdirmək üçün MBNP-nin mətbuat katibi Elşən Allahverdiyevə müraciət etdik. O, faktı mənbəyə təsdiq edərək bildirib ki, Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank”ın ləğvedicisi olmaqla bərabər, proseslərə nəzarət etmək Palatanın mandatıdır:

“Cənab İbrahim Alışov bu gün filiallara gedəcəyi barədə heç kimə məlumat verməmişdi. Prosesin tam şəffaf, narazılıq olmadan başa çatdırılması birbaşa İcraçı direktorun nəzarətindədir. Bundan başqa, kompensasiylar ödənilən hər bir filialda Palatanın əməkdaşı iştirak edir. Yaranan çatışmazlıq dərhal həll edilir”.

Son xəbərlər
Digər xəbərlər