2 C
Baku
Monday, March 4, 2024

“İcraçı Kredit Agentliyi” BOKT 99 min manatlıq borc cəlb edir

“İcraçı Kredit Agentliyi” MMC Bank Olmayan Kredit Təşkilatı hər birinin nominal dəyəri 200 manat olan 495 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır.

Banker.az bunu emissiya prospektinə istinad edir.

İstiqrazların illik gəlirlilik dərəcəsi 14% olmaqla 24 ayı əhatə edəcək.

Şirkətin anderrayteri “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, BOKT 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 324 166 manatdır.

Səhmdar(ları):
33.85% – Arif Əliyev
13.84% – Siyavuş Verdiyev
13.03% – Mehman Qurbanov
7.75% – Aşixli Kredit İttifaqi
6.95% – Şahsevən Kredit İttifaqi
6.93% – Masallı Kredit İttifaqi
3.47% – Vidadi Musayev
2.92% – Samir Cəlilov
2.36% – Səbinə İsrafilova
2.3% – Digər Təsisçilər
1.55% – Tahirə Qurbanova
1.29% – Fatma Abbasova
1.28% – Yeni Daşkənd Kredit İttifaqi
1.26% – İlham İsrafilov
1.03% – Astanlı Kredit İttifaqi
0.21% – Azərbaycan Kredit İttifaqlari Assosiasiyasi

Son xəbərlər
Digər xəbərlər