15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090 İSİN kodlu 99 000 (doxsan doqquz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
8 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında İcraçı Kredit Agentliyi” MMC BOKT-un istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002020090 |
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş sənədsiz adlı |
| İstiqrazların sayı | 495 (ədəd) |
| Nominal Dəyəri | 200 manat |
| İllik faiz dərəcəsi | 14% |
| Hərrac tarixi | 08.04.2024 |
| Tədavül müddəti | 24 ay |
| Kupon faizlərinin ödəniş müddəti | hər 90 gündən bir ödəniləcəkdir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.








