28 C
Baku
Tuesday, April 30, 2024

“İcraçı Kredit Agentliyi” BOKT 99 min manatlıq istiqraz buraxır

15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090 İSİN kodlu 99 000 (doxsan doqquz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

8 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında İcraçı Kredit Agentliyi” MMC BOKT-un  istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir

Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2002020090
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı 495 (ədəd)
Nominal Dəyəri 200 manat
İllik faiz dərəcəsi 14%
Hərrac tarixi 08.04.2024
Tədavül müddəti 24 ay
Kupon faizlərinin ödəniş müddəti hər 90 gündən bir ödəniləcəkdir

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər