9 C
Baku
Friday, December 13, 2024

“İcraçı Kredit Agentliyi” BOKT-dan maya geri götürülür

“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının (İKA MMC) Ümumi Yığıncağının qərarına əsasən təşkilatın nizamnamə  kapitalı azaldılaraq 250.366,64  manat məbləğində (pul formasında) müəyyən edilmişdir.

Banker.az xəbər verir ki, kreditorları maraqlandıran suallarla bağlı AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina 1, mənzil 4 ünvanına müraciət edilə bilər.

BOKT-un buna qədər nizamnamə kapitalı 272 076.43 manat təşkil edirdi.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 33,85% payla Arif Əliyev (İdarə Heyətinin sədri), 13,84% payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13,03% payla Mehman Qurbanov, 7,75% payla “Aşıxlı Kredit İttifaqı” MMC, 6,95% payla “Şahsevən Kredit İttifaqı” MMC (ləğv prosesindədir), 6,93% payla “Masallı Kredit İttifaqı” MMC, 3,47% payla Vidadi Musayev, 2,92% payla Samir Cəlilov (İdarə Heyətinin üzvü), 2,36% payla Səbinə İsrafilova, 2,3% payla adları açıqlanmayan şəxslər, 1,55% payla Tahirə Qurbanova, 1,28% payla “Yeni Daşkənd Kredit İttifaqı” MMC, 1,26% payla İlham İsrafilov, 1,03% payla “Astanlı Kredit İttifaqı” MMC (ləğv prosesindədir) və 0,21% payla “Azərbaycan Kredit İtifaqları Assosiasiyası” İctimai Birliyidir.

Son xəbərlər
Digər xəbərlər