“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının (İKA MMC) Ümumi Yığıncağının qərarına əsasən təşkilatın nizamnamə kapitalı azaldılaraq 259 274.47 manat məbləğində müəyyən edildiyini elan edib.
Banker.az xəbər verir ki, buna qədər şirkətin kapitalı 324 166 manat olub. Belə ki, BOKT-un nizamnamə kapitalı 64 892 manat azaldılıb.
Kreditorları maraqlandıran suallarla bağlı AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina 1, mənzil 4 ünvanına müraciət edilə bilər.






