Azərbaycanda 20 ildir fəaliyyətdə olan bank olmayan kredit təşkilatı “İcraçı Kredit Agentliyi” MMC ötən il müştərilərə verdiyi krediti azalıb.
Bu barədə Banker.az BOKT-un hesabatına istinadla xəbər verir.
Məlumata görə, BOKT-un kredit portfeli 2021-ci ildə 20% azalaraq 939 401 manata düşüb. Aktivlərinin digər 841 474 manatı isə hökumət fondları ilə hesablaşmalar təşkil edir. Aktivlərin cəmi həcmi isə 1 902 517 manat təşkil edib.
2021-ci ildə İKA-nın banklar qarşısında olan 157 228 manatlıq borcu azalaraq 117 904 manata düşüb. Öhdəliklərin 423 614 manatı “digər öhdəlik” kimi göstərilir. BOKT-un öhdəlikləri 569 625 manatdır.
2021-ci ildə BOKT xalis mənfəət etməmiş kimi görünür. “İcraçı Kredit Agetliyi”nin bölüşdürülməmiş mənfəəti 236 102 manat azalmaqla 963 587 manata düşüb.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 33.85% payla Arif Əliyev (İdarə Heyətinin sədri), 13.84% payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13.03% payla Mehman Qurbanov, 7.75% payla “Aşıxlı Kredit İttifaqı” MMC, 6.95% payla “Şahsevən Kredit İttifaqı” MMC (ləğv prosesindədir), 6,93% payla “Masallı Kredit İttifaqı” MMC, 3.47% payla Vidadi Musayev, 2.92% payla Samir Cəlilov (İdarə Heyətinin üzvü), 2.36% payla Səbinə İsrafilova, 2.3% payla adları açıqlanmayan şəxslər, 1,55% payla Tahirə Qurbanova, 1.28% payla “Yeni Daşkənd Kredit İttifaqı” MMC, 1.26% payla İlham İsrafilov, 1.03% payla “Astanlı Kredit İttifaqı” MMC (ləğv prosesindədir) və 0.21% payla “Azərbaycan Kredit İtifaqları Assosiasiyası” İctimai Birliyidir.