22 C
Baku
Wednesday, October 9, 2024

İctimai iaşə dövriyyəsi 55%-ə qədər gerilədi

2020-ci ildə ictimai iaşə xidmətlərinin həcmi 759 milyon 611 min manat olub.

Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 54.6% azdır.

Belə ki, 2019-cu ildə ictimai iaşə xidmətlərinin həcmi 1 milyard 655 milyon 163 min manat olub.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46.5 faizi hüquqi şəxslərin, 53.5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 350.4 milyon manat olub ki, 2019-cu illə müqayisədə 2 dəfə azalıb.

Bir daha qeyd edək ki, azalmaya əsas səbəb  koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərinin
fəaliyyətinə qoyulan məhdudiyyətlərdir.

Son xəbərlər
Digər xəbərlər