19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirməsi təklif olunur.

Bu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən maddəyə əsasən, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər