16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

İctimai nəqliyyat Bakı, Sumqayıt və Abşeronda iki gün işləməyəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırılır. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağandır.

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.

Bakı metrosu isə sentyabrın 15-dək işləməyəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər