6 C
Baku
Sunday, December 15, 2024

İctimai nəqliyyatda kart sisteminin tam tətbiq olunacağı tarix açıqlandı

Nəqliyyat nazirinin müavini açıqlama verdi.

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən Bakıda ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi sisteminə keçidin təmin olunması üçün bütün lazımi işləri görür.

Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavininin sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunlarına qədər nəqliyyatda elektron ödəmə sistemi həyata keçiriləcək.

“Bu elektron ödəmə sistemi təkcə avtobuslarda yox, eyni zamanda Metropolitendə də istifadə olunacaq”.

Musa Pənahov həmçinin vurğulayıb ki, nəqliyyat kartları ilə yanaşı gediş haqlarının bank kartları ilə ödənilməsi imkanının yaradılması istiqamətində iş aparılır.

Oxu.az

“Biz istəyirik ki, həm də bank kartları, yəni “Maestro”, “Viza” kartları da bu ödəmə sistemində iştirak etsin”.

Nazir müavini yeni sistemin qiymətlərə təsir etməyəcəyini də vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər