İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.
İclasda Yayım Şurasının sədri Muxtar İmanov, İTV-nin Baş direktoru Balakişi Qasımov və Şura üzvləri Həsən Cəfərov, Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Mirhəsən Seyidov, Sevil Yusifova, eləcə də Şuranın katibi Natavan Bayramova iştirak ediblər.
Toplantı zamanı 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar, İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub.
İclasda həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının daha da yüksəldilməsi məqsədi ilə aparılan dəyişiklik kimi İctimai Radioda “Məzmun Planlaşdırılması” Departamenti və “Məzmun İstehsalı” Şöbəsinin yaradılması məsələsi də diqqətə çatdırılıb.