İctimailəşmə iqtisadi cəhətdən faydalıdır: dörd tutarlı arqument

Biznesmenlərin çoxu hesab edir ki, onlara ictimailəşmə lazım deyil. İş onlara çörək verir, məşhurlaşmaq isə onlara lazım deyil, heç buna vaxtları da yoxdur. Lakin CAF Group-un baş müdiri Natalya İonova əmindir: iş adamının tanınmasının özü də kapitaldır. Bəzən hətta pul qədər dəyərli kapitaldır.

Pul sənaye dövründə sakitliyi sevirdi. İndiki dövrdə yeni məhsulların alıcıya yol tapması olduqca çətinləşib, çünki onların bütün tələbatları artıq ödənilib. Ancaq naməlum məhsulun bazara çıxarılmasına kömək edə biləcək bir yol var. Bu biznes rəhbərinin tanınmasıdır.

speech-icon.jpg

İctimailik investisiya cəlb edir

İndi vençur maliyyələşdirməsi gün-gündən məşhurluq qazanır. Start-up-ın  investorlarda təəssürat yaratması üçün adətən dəqiq layihə, komanda və uğurlu təcrübə lazımdır. Lakin bəzən təsisçinin və ya həmtəsisçinin soy adı kifayət edərək bütün digər tələbləri əvəz edə bilir.   

İctimailik indi inkişaf etməkdə olan kompyuter əyləncəsi sənayesində çox yaxşı işləyir. Məsələn, bütün zamanların ən məşhur oyunlarından biri olan Doom-un yaradıcısı və ID Software şirkətinin qurucusu Con Karmak (John Carmack) Oculus Rift virtual reallıq cihazının işlənib hazırlanması üzrə layihənin iştirakçısı oldu. 2012-ci ildə layihə Kickstarter crowdfunding platforması vasitəsilə 2,5 milyon dollar cəlb edə bildi, bu isə əvvəlcədən tələb olunan məbləğdən on dəfə çox idi. Buna, əlbəttə ki, insanların Karmaka qarşı sevgisi səbəb oldu.

speech-icon.jpg

İctimailik satmağa kömək edir

Cazibə istehlak və yeni bazarların kontekstini yaradır. Əgər sabah İlon Mask (Elon Musk), məsələn, “X obyektini” satmağa başlasa, çoxları sadəcə biznesmenin əvvəlki məhsulları ilə bağlı təcrübəsinə əsaslanaraq, tərəddüd etmədən onu almağa qaçacaq.

Şəxsin özü vasitəsilə brendin inkişafının ən parlaq nümunəsi Apple şirkətidir. Stiv Cobs (Steve Jobs) görünüşü, ritorikası və cazibəsi sayəsində istehlakçılara asanlıqla yol tapırdı. Apple məhsullarının əlavə dəyəri əsasən onun istehsalı və ya inkişafı zamanı deyil, Cobs dəyişməz qara uzunboğaz köynək (“vodolazka”), cins şalvar və idman ayaqqabısında gəzərək məhsullarının möhtəşəm xüsusiyyətləri haqqında danışarkən yaranırdı. Beləliklə, ictimailik bir növ məhsulun dəyər keyfiyyətlərini hədəf auditoriyanın gözündə yüksəldir.

speech-icon.jpg

İctimailik biznes sahəsini dəyişməyə imkan verir

Məşhur bir şəxs yeni işə özünün tanınma kapitalını sərmaye edərək fəaliyyət sahəsini dəyişə bilər. Məsələn, Oleq Tinkov “Darya” pelmenilərinin istehsalı ilə məşğul olurdi. Artıq müəyyən qədər məşhur biznesmen olaraq, o öz adı altında  pivə istehsalına başlayır. Növbəti dəfə biznes sahəsini dəyişərkən, o yaratdığı bankın adına öz soyadını daxil edərək yenidən öz ictimailiyindən istifadə edir və bu, banka tezliklə uğur qazanmağa kömək edir.

speech-icon.jpgİctimailik loyallığı artırır

Biznesmenin məşhurluğu müştərilərin loyallığını artırır və imicindən yeni məhsullar üçün də istifadə edərək fəaliyyət sahəsini genişləndirməyə imkan verir. ABŞ-ın prezidenti olmazdan əvvəl, Donald Tramp (Donald Trump) məşhur biznesmen idi və şübhəsiz, məşhurluğunun qayğısına qalırdı. Məsələn, “The Apprentice” (Tələbə) teleşousunun aparıcısı idi. Onun inkişaf strategiyası isə adətən belə idi: şəhərin şübhəli ərazisində torpaq sahəsi alır, orada yaşayış kompleksi tikdirir, sonra isə oranın ən qabaqcıl rayon olduğunu və məşhur milyarder olaraq buna şəxsən zəmanət verdiyini söyləyirdi. Maqnatın sözləri lazımi effektə malik idi, daşınmaz əmlak uğurla satılırdı.

*  *  *

Dünya həqiqətən 1962-ci ildə Marşal Maklüen (Marshall McLuhan) tərəfindən proqnozlaşdırılan “qlobal kənd” xüsusiyyətlərini əldə edir. İndi connected olmaq vacibdir və bunu müasir kommunikasiya vasitələri ilə etmək daha yaxşı olar. Onlar ictimailəşmənin lazım olub-olmaması haqqında düşünənə qədər, başqaları bütün mümkün üsullarla məşhurlaşmağa can atırlar. Müasir dünya qəhrəmanlarını şəxsən tanımaq, onların təcrübələrini mənimsəmək və ən yaxşıları kimi olmaq istəyirlər. Deməyə sözünüz varsa, niyə də yox!