“İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb

“İD-Agropark” MMC 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, əsas fəaliyyət gəlirləri 14% artaraq 1.5 milyon manata çatsa da, yüksək maya dəyəri və inzibati xərclər səbəbindən il 2.3 milyon manat xalis zərər ilə bağlanıb. 2023-cü ildə isə MMC-nin zərəri 3.6 milyon manat olub.

Yığılmış zərər ötən illə müqayisədə 13% artaraq 20.1 milyon manata çatıb. Şirkətin xalis kapitalı mənfi 20.09 milyon manat təşkil edib.

Şirkətin cəmi aktivləri bir il ərzində 13.1 milyon manatdan 14.04 milyon manata qədər (təxminən 7%) artıb. Bunun da əsas hissəsini 9.6 milyon manatlıq uzunmüddətli aktivlər və 4.5 milyon manatlıq cari aktivlər (pul vəsaitləri, mal-material ehtiyatları və debitor borcları) formalaşdırır.

2023-cü ildə 30.9 milyon manat olan cəmi öhdəliklər 2024-cü ildə 34.1 milyon manata yüksəlib ki, bu da 10.3%-lik artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər