MİDA-nın Yasamaldakı komplekslərinin hazırki vəziyyəti – VİDEO

0

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu ərazisində reallaşdırılan layihələrinin – Yasamal Yaşayış Kompleksinin (11,6 hektar) və 15,4 hektar torpaq sahəsində inşa olunan yaşayış kompleksinin hazırkı vəziyyəti ilə bağlı videoçarx hazırlanıb.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Banker.az-a verilən məlumata görə, hazırda Yasamal Yaşayış Kompleksinin (15,4 hektar) tikintisi sürətlə davam etdirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.


Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Kompleksdə agentliyin sərəncamında olan 1458 mənzil “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Yasamal Yaşayış Kompleksində (11,6 hektar) qalan 827 mənzil isə bu ilin sonunadək satışa çıxarılacaq.