9 C
Baku
Friday, December 13, 2024

İdarə Heyəti sədr müavininin köməkçisi

İşin təsviri: 

  • İdarə Heyəti sədr müavinin iş gününün təşkilində səfərlərin, işgüzar görüşlərin qrafik üzrə planlaşdırılmasında iştirak etmək və onların vaxtında həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
  • İdarə Heyəti üzvləri arasında informasiya mübadiləsi həyata keçirmək;
  • İclaslarının keçirilməsi üzrə iş planı layihələrini tərtib etmək;
  • Edilən müraciətlər, habelə göstəriş əsasında aparılmış araşdırmalar və görülmüş işlər barədə hesabat vermək;
  • İdarə Heyəti sədr müavini adından Bankdan kənara göndərilən məktubların (poçt, elektron məktublar, təbriklər və s.), layihələrin aidiyyatı struktur bölmələr tərəfindən hazırlanmasını təmin etmək;
  • Daxil olan sənədləri qəbul etmək və sənədləri aidiyyəti olan şəxslərə çatdırmaq;
  • Telefon zənglrini cavablandırmaq və aidiyyatı üzrə əlaqələndirmək;
  • Təhkim olunduğu İdarə Heyəti üzvünün kurasiyasına aid olan struktur bölmələri üzrə kargüzarlıq işini aparmaq.                                         

Namizədə qarşı tələblər: 

  • Ali təhsil;
  • Uyğun vəzifədə ən azı 1 il iş təcrübəsinə malik olmaq;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
  • Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
  • Səmimi və mehriban xasiyyətə malik olmaq;
  • Azərbaycan və Rus dillərini mükəmməl (şifahi və yazı) səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Ümumi PC, ofis proqramlarından istifadə qaydalarını bilmək;
  • Əməyin mühafizəsini, təhlükəsizlik texnikasını və yanğından mühafizə qaydaları haqqında məlumatlı olmaq;
  • Xanım namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 oktyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İdarə Heyəti sədr müavininin köməkçisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.