Vakansiya haqqında məlumat:
Vəzifə : İdarə Heyəti sədrinin assisenti
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 24 sentyabr 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. İclas protokollarının tərtibi, görüşlərin və danışıqların gedişatı ilə bağlı qeydlər və əlaqədar sənədlərin hazırlanmasını həyata keçirmək;
2. İdarə Heyəti sədrini görüşlərdə müşaiyət etmək;
3. Sədrə gələn müraciətlər barəsində mütəmadi olaraq onu məlumatlandırmaq;
4. İdarə Heyəti sədrinin effektiv iş şəraiti üçün texniki təminatını təşkil etmək (nəqliyyat vasitəsinin təşkili, görüşlərin, danışıqların təyini, səfərlərin təşkili ilə bağlı zəruri işlər və s);
5. İdarə Heyətinin sədrinin imzasına təqdim edilən sənədləri qəbul etmək, onların düzgün tərtibatına, razılaşdırılmasına nəzarət etmək və imzaya təqdim etmək;
6. İdarə Heyəti sədrinin iş gününü planlaşdırrmaq (görüşlər, zənglər, qonaqların qəbulu və s);
7. İdarə Heyətinin üzvləri olmadığı vaxta zəngləri qəbul etmək və onları məlumatlandırmaq;
8. İdarə Heyətinin üzvləri tərəfindən imzalanacaq sənədləri toplamaq;
9. İdarə Heyətinin sədri tərəfindən təyin edilən iclasların keçirilməsini təşkil etmək (zəruri materiallar toplamaq, iştirakçılara görüş vaxtının təyin etmək, görüş yeri və məzmunu haqqında məlumatın vermək);
10. İdarə Heyətinin üzvləri tərəfindən verilən sənədlərin və sifarişlərin icrasını nəzarətdə saxlamaq, onların vaxtında və düzgün icrası üçün tədbirlər görmək;
11. İdarə Heyətinin üzvləri üçün işçilərdən tələb olunan məlumatları toplamaq və rəhbərin tapşırığı ilə onlarla görüş təyin etmək;
12. Rəhbərin göstərişi ilə məktublar və digər tələb olunan sənədləri tərtib etmək, məktublara cavab yazmaq.
13. İdarə Heyəti sədrinin göstərişi ilə digər aidiyyəti tapşırıqları yerinə yetirmək;
14. İdarə Heyəti sədrinə hesabat vermək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Qeyd edilən sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər:
İqtisadi ixtisaslar və menecment ixtisası üzrə ali təhsilə üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə; danışıqlar aparmaq bacarığı; ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; konfliktlərin/stresin idarə edilməsi; etibarlılıq; komanda ilə işləyə bilmək; aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə); məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı); təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “Personal assistent” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.