“Bank Respublika” ASC “İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi və 1000 nəfərə yaxın peşəkar komandası ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Bankda kargüzarlıq işini təşkil etmək;
• Kargüzarlıq və sənəd dövriyyəsi (bank əməliyyatları ilə bağlı sənəd dövriyyəsi daxil deyildir) barədə bankdaxili qaydaları işləyib hazırlamaq, İdarə Heyətinin təsdiqindən sonra onun icrasını təmin etmək;
• Sənəd dövriyyəsinin bankdaxili qaydalara uyğun aparılmasına nəzarət etmək;
• Banka daxil olan korrespondensiyaların qeydiyyatını aparmaq;
• İdarə Heyəti, Riskləri İdarəetmə, Aktiv və Passivləri İdarəetmə, İnformasiya texnologiyaları, Layihələri İdarəetmə Komitəsi və s. bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
• İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
• Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq;
• Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvlərinin) görüşlərini təşkil etmək;
• Bankın rəhbər işçilərinin xaricə ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
• Bankın rəhbərliyinə Beynəlxalq Maliyyə İnstitutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
• Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
• Komandada işləmək bacarığı;
• Operativlik, dəqiqlik və səliqəlilik;
• Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “İdarə Heyəti Sədrinin ofisinə Mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.