22 C
Baku
Friday, April 19, 2024

İdarə Heyəti üzrə Köməkçi – Finca Azerbaijan LLC

Məqsəd:

İdarə Heyəti üzrə Köməkçi planlaşdırma, hesabatlar ilə əlaqədar olaraq, Direktor, Baş Maliyyə Rəhbəri və Baş Əməliyyat Rəhbəri (“FİNCA Azerbaijan” təşkilatının İdarə Heyətinin Üzvləri) ilə birgə işləyir; bundan başqa, inzibati məsələlərdə rəhbərliyə faydalı dəstək göstərərək, irimiqyaslı inzibati işlərin icrasına da cavabdehlik daşıyır. Həmçinin, lazım olduqda İdarə Heyəti üzrə Köməkçi şifahi və yazılı tərcümə daxil olmaqla digər gündəlik işlərin yerinə yetirilməsində Direktora kömək edir. İdarə Heyəti üzrə Köməkçi sənədlərin leqallaşdırılması/rəsmiləşdirilməsində də Direktor ilə birgə işləyir. Bütün şöbə və bölgələr ilə işləyir, lakin onun tabeçiliyində işçi olmur. “FINCA Azerbaijan” təşkilatının İdarə Heyəti Üzvlərinin iclasları, Audit Komitəsinin iclasları (Hüquq Şöbəsinin Rəhbəri ilə əlaqəli şəkildə), zərurət yarandığı hallarda digər iclasların protokollarının hazırlanması və tərtib edilməsinə, eləcə də həmin iclasların protokollarının saxlanılmasına görə məsuliyyət daşıyır.

İdarə Heyəti üzrə Köməkçi birbaşa olaraq Direktora hesabat verir.

İdarə Heyəti üzrə Köməkçinin öhdəliklərinə daxildir:

• Sənədlərin rəsmiləşdirilməsi, konfranslara və digər həcmli tədbirlərə hazırlıq işlərinə dair bütün sahələrdə İdarə Heyətinin Üzvlərinə kömək etmək;
• İdarə Heyəti üzvlərinin ofisdəki fəaliyyətini əlaqələndirmək, onların görüş cədvəlləri və təqvimlərini  saxlamaq və iclas və konfansları təşkil etmək;
• Təşkilatın hüquqi sənədlərinin, qeydiyyatlarının, hesabatlarının fayllaşdırmaq və bərpa etmək;
• Qonaqları qarşılamaq və onların İdarə Heyəti üzvlərindən hansı ilə görüşməyini müəyyən etmək;
• İdarə Heyətinin üzvlərilə bağlı sənədlərin/məktubların (daxil olan və göndərilən) qeydiyyatını aparmaq;
• Lazımi təqdirdə rəhbərlik işçilərini ezamiyyətlərdə müşayiət etmək.

İdarə Heyəti üzrə Köməkçi vəzifəsi üçün tələb olunanlar:

• Ali təhsil.
• Azərbaycan və İngilis dilləri üzrə əla biliklər. Rus dili üzrə biliklər arzuolunandır.
• İşdə dəqiqlik və məsuliyyət. Təfərrüatlara qarşı diqqətli olmaq
• Həm şifahi, həm yazılı ünsiyyət qabiliyyəti, eləcə də Azərbaycan və İngilis dillərində yüksək yazı qabiliyyəti. Təşkilat daxilində müxtəlif vəzifəli işçilər ilə əlaqələr və əməkdaşlıq qurmaq bacarığı.
• Əla təşkilati bilik və bacarıqlar.
• Təcrübəli kompüter istifadəçisi (Word, Excel, PowerPoint)
• Beynəlxalq təşkilatlarda iş təcrübəsi arzuolunandır.
• Azərbaycan Respublikasında mikro-maliyyə / bank sektoru barədə yaxşı biliyi olanlara üstünlük verilir.
• Uğurlu mikro-maliyyə müəssisələri yaxud banklar haqqında, yerli və xarici təşkilatların siyasət və modelləri barədə biliyi olanlara üstünlük verilir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 16 Noyabr 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected]elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№17/18) qeyd etməklə göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər