10 C
Baku
Wednesday, December 11, 2024

İdarə Heyətinin sədri: “Kapital Bank” filail şəbəkəsini genişləndirəcək

Azərbaycanın ən böyük banklarında biri olan “Kapital Bank” filial və şöbələrini yeniləməklə yanaşı yeni filiallar açılacaq.

Banker.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev müsahibəsində deyib.

“Müştəri keyfiyyətli xidməti ona yaxın və rahat olan, əlverişli yerdə açılmış filialda almalıdır. Ona görə də müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ilk öncə filial şəbəkəmizə “əl gəzdirməli” olduq. Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə də yeni filial və şöbələrimiz açılıb, həmçinin bir sıra filialların ofisləri əsaslı təmir edilib və ya yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda bitmək üzrədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Bununla yanaşı region filiallarımızı inkişaf etdirmək məqsədilə İsmayıllıda və Lənkəranda Təlim İnkişaf Mərkəzlərimizi əməkdaşlarımızın ixtiyarına vermişik. Artıq region təlimləri orada keçirilir ki, bu da əməkdaşların inkişafına və müştəri xidmətinin keyfiyyətinə müsbət təsir edir. Həmçinin yeni Kart Mərkəzlərinin açılışları oldu ki, bunun da nəticəsində sosial müavinət və digər kart alan müştərilər bu mərkəzlərə gəlib, rahatlıqla kartlarını əldə edə bilərlər. Bundan başqa müştəri seqmentimizdən asılı olaraq daha bir neçə yeni filiallar açılması planlaşdırılır.”

Müsahibə zamanı İH-nin sədri xaricdə filal açılması ilə bağlı suala belə cavab verib:

“Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir.”

Son xəbərlər
Digər xəbərlər