Adı uzun müddət mətbuatın gündəmində olan Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov vəfat edib.
Mərhum dünən ciyərlərində yaranan ciddi problem səbəbindən Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, illər əvvəl İlyas Səfərovu teplavoz vurması nəticəsində daxili orqanlarından ciddi xəsarət alıb. Nəticədə problemlər ciyərinə də sızıb.
İlyas Səfərov uzun müddət idi müalicə alırdı. Türkiyədə həkimlərin səyinə baxmayaraq mərhumun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun cənazəsi artıq Bakıya gətirilib. O, bu gün saat 11.00-da Yevlaxın Aran qəsəbəsində dəfn olunacaq.
Qeyd edək ki, mərhum KİV-də oğlunun qəza keçirməsi, bir sıra tender qalmaqallarında adı hallanırdı.