Xarici bulud xidmətlərində yerləşmə, xarici ölkələrdən asılılıq sanksiyalar baxımından ciddi təhlükə rolunda çıxış edə bilər. Bu, Azərbaycanı haqlı mübarizəmizdə zaman-zaman sanksiyalarla üz-üzə qoya bilir.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.
“Bu baxımdan vendorlardan asılılıq, onların xarici bulud həllərində yerləşdirdiyi həllərindən istifadə etmək və öz məlumatlarımızı tam olaraq ora daşımaq ciddi risk və təhlükə yaradır. Azərbaycan bazarında son zamanlar bir sıra genişlənən təhlükəsizlik həllər var ki, bütün infrastruktur və idarəetməsini xarici buludda yerləşdirir. Bir sıra şirkətlər və qurumlarda da olur ki, bütün infrastrukturunu, kompüterlərini həmin bulud xidmətinə ötürməyə maraqlıdır. Halbuki bütün kompüterlərə oradan birbaşa müdaxilə imkanları ola bilər ki, bunun da risklərini dəyərləndirmək lazımdır. Təhlükəsizlikdə asılılıq bizim üçün qəbuledilməzdir”, – deyə Tural Məmmədov vurğulayıb.