8 C
Baku
Monday, November 18, 2024

İdarədə yoxlamalardan sonra nazir 7 nəfər vəzifəli şəxsi vəzifəsindən azad edib

Sabunçu payon Polis İdarəsinin 7 vəzifəli şəxsi işdən çıxarılıb.

Bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzlayıb.

Qərar Polis İdarəsində aparılan xidməti yoxlamadan sonra verilib. Nazirin əmri ilə Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi Rəşad Rəcəbov, Təhqiqat şöbəsinin rəisi İlqar Rzayev, İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Azər Quliyev, şöbənin inspektoru Vasif Sadıqov, növbətçi hissənin rəisi Əli Babayev, kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva və müstəntiq Elxan Hacıyev vəzifədən azad olunub.

Qeyd edək ki, bu barədə ilk xəbəri Manset.az saytı yayıb.

Son xəbərlər
Digər xəbərlər