16 C
Baku
Sunday, April 28, 2024

İdarəetmə tərzləri

Kompaniyanın effektiv fəaliyyət göstərməsi üçün onu kimsə idarə etməlidir. Kompaniya nə qədər böyük olarsa, oradakı idarəedicilərin sayı bir o qədər çox olar. İstehsalatın həcmi böyüdükcə və ya fəaliyyət sahəsinin genişlənməsi ilə, yeni şöbələr yaranır və ümumiyyətlə yeni şöbələrin yaranması kompaniya üçün bir zərurətə çevrilir. 

Bu zaman isə rəhbərlər ilə müxtəlif həlqələr arasında olduqca mürəkkəb tabelilik zənciri yaranır. Rəhbər vəzifəsi nə qədər yüksək olarsa, onun öhdəlikləri və məsuliyyəti də bir o qədər çox olar. Amma, heç də hər kəs rəhbər vəzifə tutmağa və bu vəzifədə effektiv çalışmağa hazır deyil.  Çünki heç də bütün adamlar rəhbərə xas keyfiyyətlərə malik deyil, nə də ki, ideal rəhbər axtarmağa da dəyməz, hər bir insanın özünün həm müsbət, həm də mənfi xüsusiyyətləri vardır.

İlk öncə hansı idarəetmə tərzlərinin olduğu haqqında qısa informasiya təqdim etmək istərdik:

1.    Demokratik;
2.    Avtoritar;
3.    Liberal.

Onların hər birinin mənfi və müsbət cəhətləri vardır.

Demokratik idarəetmə  – bu idarəetmə tərzində rəhbərlər əməkdaşların fikrinə qulaq asır və bu əsnada da qərar qəbul edirlər. Belə idarəetmə tərzi istifadə edildikdə kollektivdə iş şəraiti üçün müsbət iqlim formalaşır.

Müsbət tərəflər:

— əməkdaşlarda təşəbbüskarlığı yüksəldir və onların yaradıcı tərəflərini üzə çıxarır;
— əməkdaşları dialoqa girməyə həvəsləndirir (motivasiya edir);
— kollektivdəki münasibətlər etibar üzərində qurulur.

Mənfi tərəflər:

— nəzarət formasının yüngül olması, bu isə müəyyən nöqsanlara və bəzi əməkdaşlar tərəfindən sui-istifadə və öz vəzifələrinin vicdanlı şəkildə yerinə yetirilməməsi hallarına səbəb ola bilər;
—  bu zaman qərar dərhal deyil, müəyyən müddətdən sonra qəbul olunur, bu isə daha çox vaxt tələb edir.
Bu idarəetmə tərzini o zaman tətbiq etmək məqsədəuyğun hesab olunur ki, iş rutin xarakterlidir və sakitlik daha çox önəm kəsb edir. Belə idarəetmə tərzində işin effektivliyi yüksək səviyyədə olur.

Avtoritar tərz – bu idarəetmə tərzində rəhbər bütün hakimiyyəti öz əlində cəmləyir. Bu zaman “təşəbbüsə görə cəzalandırırıq” prinsipi aktuallaşır. Bu idarəetmə tərzini daha çox kəskin və gərginlik ilə xarakterizə olunan və tabelikdə olan əməkdaşların fəaliyyətlərinin cəld şəkildə koordinasiya edilməsi tələb olunan situasiyalarda tətbiq etmək məqsədə müvafiqdir.

 Müsbət tərəflər:

— gərgin situasiyalara cəld adekvat reaksiya verilməsi;

Mənfi tərəfləri:

— əməkdaşların təşəbbüslərinin boğulması;
— əməkdaşları ciddi nəzarət altında saxlamaq rəhbərin daha çox resurs məsrəfinə yol verməsinə səbəb olur.

Nəticənin indi və dərhal tələb olunduğu situasiyalarda belə idarəetmə tərzindən istifadə etmək daha əlverişlidir. Çünki belə hallarda demaqogiyaya yol vermək olmaz. Belə idarəetmə tərzi Sovet ittifaqına da xasdır. Əgər idarəetmənin əsas təməlində bu idarəetmə tərzi dayanırsa, o gec-tez effektivliyin azalmasına gətirib çıxaracaq. Çünki bu zaman rəhbərdən asılılıq güclənir.

Liberal tərz  – əgər rəhbər sözü gedən idarəetmə tərzindən istifadə edərsə, onda əməkdaşlar özləri istədiyi kimi işləyir (özü-özlərini idarə edir və öz qərarlarını qəbul edirlər). Bu zaman nəzarət yalnız səthi olur.

Müsbət tərəflər:

— təşəbbüskarlıq bir tərəfli olur, təşəbbüslər yalnız əməkdaşlar tərəfindən irəli sürülür;
— onlar yaradıcılıq bacarığını özünü tamamı ilə büruzə verir.

Mənfi tərəflər:

— faktiki olaraq, nəzarət mövcud olmur;
— gələcəkdə isə bu anarxiya ilə nəticələnə bilər.

Bu idarəetmə tərzini daha çox yaradıcı insanlarla iş zamanı istifadə etmək tövsiyə olunur, çünki belə tip insanlara qarşı nəzarət və təzyiq tətbiq etmək yalnız effektivliyi aşağı salır.

Əslində həyatda qarşılaşacağımız bütün situasiyalara və iş şəraitinə 100% uyğun gələ biləcək ideal idarəetmə tərzi mövcud deyil. Ən effektivi müxtəlif idarəetmə tərzlərini kombinasiya etməkdir. Bu zaman qarşıya qoyulmuş hədəfin və tapşırığın xüsusiyyəti də nəzərə alınmalıdır. Bundan əlavə kollektivin, həmçinin hər bir əməkdaşın ayrılıqda fərdi xüsusiyyətləri də nəzərə alınmalıdır.

ABŞ-da idarəetmə tərzləri ilə bağlı eksperiment həyata keçirilib. Məktəblərin birində üç sinif seçilib. Siniflər müəllimlərin idarəetmə tərzinə müvafiq seçilib. Siniflərə eyni bir tapşırıq verilir və müəllimdən xahiş olunur ki, o sinfi tərk etsin. Yəni bu rəhbəri olmadığı, lakin əməkdaşların müəyyən tapşırığı icarə etməli olduğu situasiyanın simulyasiya edilməsi idi.

Avtoritar idarəetmə tərzi hökm sürən sinif çətinliklə olsa da tapşırığın öhdəsindən gəlir, amma onlar işi tam deyil, ala-yarımçıq görmüş olurlar. Axı indiyə qədər onların təşəbbüsləri dəf edilib və onlar öyrəşiblər ki, nəyi necə etmək lazım olduğunu həmişə onlara diktə etsinlər. Onlar indiyə qədər sadəcə deyiləni yerinə yetiriblər.

Demokratik idarəetmə tərzi olan sinif tapşırığı yaxşı səviyyədə yerinə yetirir. Uşaqlar asanlıqla bir-biri ilə ümumi dil tapır və tapşırığı öz aralarında bölürlər.
Liberal idarəetmə tərzi olan sinif isə tapşırığı olduqca aşağı səviyyədə yerinə yetirir. Sinifdə anarxiya hökm sürür və kim nə istəyirsə onu da edir.

Ümid edirik ki, bu məqaləni oxuyandan sonra özünüz üçün müvafiq olan idarəetmə tərzini seçərək, kollektivdə onun tətbiqinə müyəssər olacaqsınız. Sizin biznesiniz isə yalnız yüksələn templərlə inkişaf edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər