6 C
Baku
Tuesday, February 24, 2026

IDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb

İslam İnkişaf Bankının (IDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə 436,7 milyon ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib.

Banker.az IDB-yə istinadən xəbər verir ki, vəsaitlər suvarma suyu itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək.

Layihə həmçinin “yaşıl artım”a, iqlim dayanıqlılığının gücləndirilməsinə və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər