3 C
Baku
Saturday, December 14, 2024

İddia: 6 il öncə ATV avtomobil alıb, pulun verməyib – İndi hər istifadə gününə görə 50 AZN tələb edilir

2003-cü ildən Azərbaycanda Şkoda avtomobillərinin rəsmi distribyutoru sayılan “Şkaz Avto” MMC-nin, tanınmış tele-kanal “ATV” və ya rəsmi adı ilə «Azad Azərbaycan» müstəqil tele-radio Kompaniyasını məhkəməyə verib.

Banker.az xəbər verir ki, iddiaçı avtomobil satıcısı olan “Şkaz Avto” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azad Azərbaycan” ilə 2013-cü ildə aralarında bağlanmış müqaviləyə xitam verilməsi və müqavilə predmetini təşkil edən 2012-ci il buraxılış “ŠKODA Superb” markalı avtobilin alınaraq iddiaçıya verilməsi xahişini edib.

Bundan əlavə “Şkaz Avto” həmin avtomobilin istifadəsinin hər bir gününə görə 50 manat olmaqla toplam 109,6 min manatın onların xeyrinə ödənilməsini iddia edib.

Son xəbərlər
Digər xəbərlər