10 C
Baku
Thursday, December 12, 2024

İddia: ‘Bitcoin’ ABŞ kəşfiyyatını sürətli maliyyələşməsi üçün yaradılıb

‘Bitkoin’ Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

“İzvestiya” nəşrinə istinadən, bunu “InfoWatch” şirkətinin baş direktoru və “Kasperski laboratoriyası” şirkətinin həmtəsisçisi Natalya Kasperskaya bildirib.

“‘Bitkoin’ ABŞ kəşfiyyatının sürətli maliyyələşdirilməsi məqsədi ilə Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Valyuta kursunun nəzarəti birjaların sahiblərinin əlindədir”, – Kasperskayanın Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində nümayiş edilən slaydlarından birində deyilir.

Qeyd edək ki, ‘Bitkoin’ hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ancaq ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında dollar və avroya alternativ olaraq hesab edilən ‘Bitkoin’in simvolu ฿, qısaltma adı isə BTC-dir.

Daha əvvəl səsləndirilən iddialara görə, İran da embarqo zamanı bu əngəlləri aşmaq üçün ‘Bitkoin’dən istifadə edib. Son vaxtlar isə Şimali Koreyanın sanksiyaların yaratdığı əngəllərin öhdəsindən gəlmək üçün ‘Bitkoin’dən istifadə etdiyi bildirilir.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər