“İdeal” mağazalar şəbəkəsi mağazalarının adını dəyişməyə başlayıb

2020-ci ilin əvvəllərindən “Sabina” parfumeriya və kosmetika mağazalar şəbəkəsini də satın almaqla öz aktivlərinə daxil edən “İdeal” bazarda yeni adla çıxış etməyə başladı.

Banker.az şirkətə yaxın mənbələrdən məlumat əldə edib ki, “İdeal” mağazalar şəbəkəsi bəzi mağazalarının adını “Adore” adında dəyişdirməyə başlayıb.

“Adore” adı bizə tanış addır. Çünki, şirkət ötən “Sabina”nı satın alana qədər “İdeal Kompani” MMC adı ilə çıxış edirdi. 2020-ci ilin yanvarından bu adı dəyişdirməklə “Adore Kompani” MMC olaraq rəsmi qeydiyyata alındı.

“Adore Kompani” MMC-nin son ildə rəhbəri də dəyişdirilib, xanım şəxs təyin edildi. Şirkətə rəhbərlik İlqar İsmayılovdan sonra Samir Əliyevə həvalə edilmişdi. O isə, 2021-ci ilin yanvarında vəzifəsindən getdiyi və onu bu vəzifədə Nərmin Vəkil qızı İsmayılovanın əvəz etdiyi ictimaiyyətə (Banker.az tərəfindən) açıqlanmışdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.