9 C
Baku
Thursday, December 12, 2024

“İdeal” mağazalarının adı dəyişdi – Foto

Hazırda təsisçisi həbsdə olan “İdeal” mağazalar şəbəkəsi adını dəyişib.

Bu brend altında fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırır və “Adore” adı altında işə başlayırlar. Hazırda “Ganclik Mall” və “28 Mall” ticarət mərkəzlərindəki mağazaların adları dəyişirilib.

Qeyd edək ki, “İdeal” şirkətinin təsisçisi İlqar İsmayılov mənimsəmədə ittiham olunaraq həbs edilib, hazırda məhkəmə propsesi davam edir. Şirkətin səhmləri “Adore” MMC-yə satılıb və “Adore” “İdeal”ın hüquqi varisi kimi çıxış edir.

İlqar İsmayılovdan da indiki sahibi olan “Adore” şirkəti şikayətçi olub və məhkəmədə zərərçəkmiş kimi tanınıb

ideal

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər