7 C
Baku
Sunday, December 15, 2024

İdeyana gülmürlərsə, onu unut getsin

«Çevriliş: Bazarı fəth etməyin sınanmış metodu» kitabının müəllifi Lyuk Uilyams əmindir ki, qabaqcıl ideyaların təməlində həmişə əlaqəsiz şeylərin əlaqəsi, ya da heç cürə bir araya sığmayacaq məfhumların ahəngi dayanır, bir sözlə sizin cəfəngiyyat, mənasız dediyiniz fikirlər. “Buldoq və gərgədanın” cütləşdirilməsi haqqında deyilən əksər təkliflər həmkarların skeptik gülüşünə səbəb olur, insanların ona lağ etməsi ilə nəticələnir, tərəfdaşlar sizi ələ salır, investorlar və potensial alıcılar sizi axmaq hesab edirlər. Amma belə bir reaksiyanı mütləq çıxarılmış bir hökm kimi qəbul etmək lazım deyil. 

Məsələn belə bir fikir hökm sürür ki, iPod dizaynının müəllifinin ilham mənbəyi əlüzyuyan və unitaz (ayaqyolu çanaqları) olmuşdur. Bu fərziyyəni bir növ o faktla sübut olunur ki, məşhur qadcetin layihəsini çəkmiş Conatan Ayv öncələr hamam otaqlarının dizaynı üzrə ixtisaslaşmışdır. Əgər bu belədirsə, onda bir zamanlar çox güman ki, santexnika qovşaqları ilə rəqəmsal texnikanı qovuşdurmaq ideyası üzərində də çox adam ürəkdən və doyunca gülüb.

Sizin marketinq və məhsullar üzərində etdiyiniz eksperimentləri çox az adam ciddi qəbul edir? Ümidinizi itirməyin, Uilyams təskinlik verərək deyir. Müəllifin nöqteyi-nəzərində bu yalnız sizin orijinal düşündüyünüzü bir daha sübut etmiş olur. Axı adətən gülməli olmayan və başa düşülməsi mümkün olan ideyalar – şablondur və uğursuzluq möhürüdür.

Uilyams məşhur iş adamı, investor və multi milyonçu Mark Andressenin sözlərinə istinad edir: “İdeyanın təravətliliyi, onun nə qədər gülüş doğurması ilə müəyyən olur. Gülüş doğurmayan ideya, yəqin ki tükənmişdir». Qoy, nə qədər istəyirlər gülsünlər, əsas odur sonda gülən onlar olmasın.

Son xəbərlər
Digər xəbərlər