Birinci mərhələ – məqsədi təyin etmək
Siz nə qədər pulunuzun olmasını istəyərsiniz? Bu sual üzərində ətraflı düşünün. “Mən çoxlu pul istəyirəm”, demək kifayət deyil. Siz dəqiq məbləği qeyd etməlisiniz.
İkinci mərhələ – qurban
İstədiyiniz məbləği əldə etmək üçün nəyi qurban verməyə hazırsınız? Televizora baxmağı? Kitab oxumağı?
Məqsədinizə çatmaq üçün nə qədər əmək sərf etməyinizdən asılı olmayaraq, siz nələrdənsə imtina etməli olacaqsınız.
Üçüncü mərhələ – müddət
Əgər siz özünüzə ayda 3000 dollar pul qazanmağı məqsəd təyin etsəniz, siz bu məqsədə nail olacaqsınız. Lakin nə zaman? Siz məqsədinizə nə zaman nail olacağınızı təyin etməlisiniz.
Dördüncü mərhələ – planlama
Siz arzunuza çatmaq üçün müəyyən fəaliyyət planı tərtib etməlisiniz. Plan hazır olandan sonra onun icrasına başlamaq lazımdır. Planın icrasını təxirə salmaq olmaz. Fəaliyyət göstərməyə başlayın!
Beşinci mərhələ – hər bir şeyi kağızda qeyd edin
Daha öncə qeyd etdiyimiz bütün maddələri kağıza yazın. Plan məsələni ətraflı şəkildə əhatə etməlidir.
Plan nə qədər ətraflı olarsa, sizin özünüzə və məqsədinizə inamınız da bir o qədər çox olacaq!
Altıncı mərhələ – hər gün təkrar edin!
Bu siyahıdakı beş maddəyə riayət etdikdən sonra, sonuncu mərhələyə keçmək olar.
Bu mərhələ çətin deyil.
Gecə yatmamışdan əvvəl və səhər oyandığınızdan sonra qeydlərinizi götürün və onları ucadan oxuyun. Oxuduqlarınıza səmimi qəlbdən inanın. Təsəvvür edin ki, pullar artıq sizin cibinizdədir, siz onların sahibisiniz!
Bunu hər gün təkrar edin. Bir müddət sonra sizdə şüuraltı olaraq bu prosedur əmr kimi formalaşacaq və sizin beyniniz bu əmri yerinə yetirməyə tələsəcək.