14 C
Baku
Sunday, November 24, 2024

“İDK” BOKT-a yeni direktor təyin edildi

“İDK” Bank Olmayan Kredit Təşkilatının direktoru dəyişib. 

Təşkilatdan  verilən məlumata görə, “İDK Bank Olmayan Kredit Təşkilatı”nın direktoru Nicat Abasov vəzifəsini tərk edib. Onun yerinə 31 yaşlı Azər Namazov təyin edilib. O, 2013-cü ildən müxtəlif dövrlərdə  maliyyə təşkilatında şöbə müdiri, daxili audit və direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, “İDK Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ildə Əliyar Əsgərov tərəfindən təsis edilmişdir. 25 may 2011-ci il tarixində BKT-6 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir.

Son xəbərlər
Digər xəbərlər