Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatı açıqlanıb.
Hesablama Palatasından verilən xəbərə görə, Hesablama Palatası tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılması çərçivəsində “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə podratçıya artıq ödənilən 287,7 min manat vəsaitin 206,0 min manatının birbaşa dövlət büdcəsinə ödənildiyinin, 42,8 min manat dəyərində işlərin yerinə yetirilərək bərpa edildiyinin və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımi avadanlıqlarla əvəzləşdirildiyinin nəzərə alınması, Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi təklif edilib.
Eyni zamanda maliyyə (mühasibat) uçotu sahəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və görülmüş digər işlər barədə bir ay müddətində Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Kollegiya Qərarı ilə təsdiq edilən Auditor hesabatının surətinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə göndərilməsi və “n Milli Məclisinə auditin nəticələri barədə məlumat verilməsi təklif edilib.