İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC-nin müşahidə şurasının tərkibinə baxılacaq

İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

23 iyul 2021-ci il saat 12.00-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi­nin müddəti 1 avqust 2021-ci il saat 00-dan səhər 6.00-dək uzadıldığına görə ümumi yığıncaq Zoom proqramı vasitəsilə online qaydada keçiriləcəkdir. Bununla əlaqədar ümumi yığıncağda iştirak üçün sizi “Ganjlik” online qrupa daxil etmək məqsədilə 22 iyul 2021-ci il saat 22.00-dək adınızı, soyadınızı və atanızın adını 050 398 0313 mobil telefon nömrəsinə Whatsapp vasitəsilə göndərməyiniz tələb olunur.

Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:

1. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.

2. Cəmiyyətin 2019-cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.

3. 2020-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.

4. Cəmiyyətin 2020-ci maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2020-ci il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.

5. Təşkilati məsələ (müşahidə şura­sının tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi).

6. Sair məsələlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.