27 C
Baku
Saturday, July 27, 2024

İdman-sağlamlıq kompleksini idarə edən şirkətin səhmdarları toplaşacaq

12 iyun 2020-ci il tarixində İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümu­mi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlərə 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı, cəmiyyətin 2019- cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi, təşkilati məsələ (müşahidə şurası üzvlərinin tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi) və sair məsələlər daxildir.

Ümumi yıgıncağın gündəliyinin materialları ilə ta­nışlıq üçün 2020-ci il iyunun 1-dən sonra cəmiyyətin direk­toruna müraciət etmək olar.

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Olimpi­ya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər