18 C
Baku
Friday, September 20, 2024

İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC zərərdən mənfəətə keçdi

İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC 2022-ci ili 58 797 manat mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 60 986 manat zərərlə bağlamışdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Gənclik” ASC-nin əməliyyat fəaliyyətindən gəlirləri 467 min manat (əvvəlki ilə nisbətən 1.9 dəfə artım), digər əməliyyat gəlirləri 111 min manat təşkil edib.

“Gənclik”  idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu, trenajor zalı, sauna, bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub.

1 10

 

 

Son xəbərlər
Digər xəbərlər