6 C
Baku
Tuesday, December 24, 2024

İdman yarışlarında verilən pul mükafatının bir hissəsi vergidən azad edilir

2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışlarında respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin hazırkı redaksiyasına əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azad edilir. Ötən dövr ərzində beynəlxalq, ölkələrarası, habelə ölkədaxili idman yarışları ilə bağlı pul şəklində verilən mükafatların dəyərinin kifayət qədər artdığını və qeyd edilən güzəşt məbləğlərinin uzun müddətdən bəri dəyişmədiyini nəzərə alsaq, hazırkı dövrdə bu məbləğlərin artırılmasına zərurət yaranıb.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə növbəti ildən etibarən idman yarışları ilə bağlı müvafiq güzəştlərin verilməsini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib.

Son xəbərlər
Digər xəbərlər