5 C
Baku
Monday, February 6, 2023

İdman yarışlarının qaliblərinə vergi güzəştlərinin tətbiq olunmasına dair layihə sonuncu oxunuşdan keçib

İdman yarışlarının qaliblərinə vergi güzəştlərinin tətbiq olunmasına dair layihə III oxunuşdan keçib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X