15 C
Baku
Friday, March 29, 2024

İdmançı Olimpiadaya görə nələri qurban verdi?

Rappler-in verdiyi məlumata görə, filippinli konki sürən Maykl Kristian Martines Soçidə keçirilən Olimpiada oyunlarında iştirak etmək üçün anasının evini girov qoyub. İdmançı yalnız bu üsulla yarışa hazırlaşmaq üçün pul tapa bilib. Qeyd edək ki, Maykl Martines ölkəni Olimpiadada təmsil edən yeganə idmançıdır.

İdmançının anası Mariya Tereza kömək üçün Filippin prezidentinə müraciət etsə də, onun müraciəti cavabsız qalıb. Qadın demişdir: “Mən düşünmürəm ki, prezident və onun ətrafında olan kimsə filippinli idmançını tanıyır”.

17 yaşlı Martines 1992-ci ildən bu yana Olimpiadada iştirak edən ilk filippinli idmançıdır. Keçən mövsüm “4 qitə” turnirində 16-cı, Gənclər arasında keçirilən çempionatında isə 5-ci olmuşdu.

Konki ürmə üzrə kişilərin yarışı 13 və 14 fevralda baş tutacaq. Qısa proqramda Martines ilk hissədə çıxış edəcək.

Son xəbərlər
Digər xəbərlər