İdxal olunan əksər yeyinti məhsullarının gömrük qiyməti artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əksər yeyinti məhsullarınınm gömrük qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

Məsələn, 2 ay ərzində ölkəyə gətirilən ətin hər tonu 1 500 ABŞ dollarına (hər kiloqramı 1,5 dollara və yaxud 2,55 manata) rəsmiləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Südün gömrük qiymətində 1,6%, kərə yağının və süddən hazırlanmış digər yağların gömrük qiymətində 64,4%, meyvə-tərəvəzin gömrük qiymətində 19,6%, çayın gömrük qiymətində 4%, bitki və heyvan mənşəli piy və yağların gömrük qiymətində isə 5,1% artım olub.

Əvəzində Komitə Azərbaycana idxalı olunan buğdanın hər tonunu illik müqayisədə 6,4%, şəkərin hər tonunu isə 1,5% aşağı qiymətə rəsmiləşdirib.

Yeyinti məhsulunun adıMəhsulun 1 tonunun
gömrük qiyməti (ABŞ dolları ilə)
Dinamika
Yanvar-fevral, 2018Yanvar-fevral, 2017
1Ət1500135111,02%
2Süd151014871,55%
3Kərə yağı5790352264,40%
4Meyvə-tərəvəz48340419,55%
5Çay3933783,97%
6Buğda175187-6,42%
7Piy-yağ9318865,08%
8Şəkər450457-1,53%