Azərbaycana idxal olunan pestisid və aqrokimyəvi maddələrdən götürülmüş nümunələrin normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın məlumatına əsasən, “Man-Agro” MMC-nin idxal etdiyi “Universal məlhəm” aqrokimyəvi maddəsində kalsium, kalium, maqnezium və fosforun miqdarının normativ tələblərdən artıq olduğu, “Aqrokimya” MMC-nin idxal etdiyi “Agronom Çinko 10” aqrokimyəvi maddəsində bor və dəmir məhsulunun keyfiyyət sənədində göstərilənlərlə uyğunsuz olduğu aşkar edilib. Faktla bağlı preparatların geri qaytarılmasına dair qərar qəbul edilərək nəzarətə götürülüb.